Məlum olduğu kimi, bu gün Prezidentin Sərəncamı ilə Əfqan Cəlilov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC İdarə Heyətinin sədri təyin olunub.
Aznews.az yeni sədrin dosyesini təqdim edir:
Əfqan Süleyman oğlu Cəlilov 1978-ci ildə Bakıda anadan olub. 1995-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr təhsili alıb.
O, 2002-2013-cü illərdə Milli Bankda və “AGBank” ASC-də müxtəlif vəzifələrdə çalışıb.
2021-2023-cü illərdə RİNN tabeliyində olan “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri olub. 2023-cü ilin oktyabrın 30-da RİNN-in tabeliyində olan Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub.