AZ

Yolayrıcında qəza təhlükəsi yaradan sürücü CƏRİMƏLƏNDİ VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xəzər Rayon Dövlət Yol Polisi Şöbəsindən Avtosfer.az-a bildirilib ki, yol qaydasını pozan sürücü Həbibov Etibar Gülağa oğlu müəyyən olunub.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 3 bal və 100 manat məbləğində cərimə tətbiq edilib.

*** 15 yanvar, 13:00

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə ötən ilin dekabrın 23-də saat 11:34 radələrində qeydə alınıb. Kadrdan aydın görünür ki, 90-MY-696 dövlət nömrə nişanlı “Ford Transit” markalı avtomobilin sürücüsü yolayrıcının keçilməsi qaydasını pozub.

Belə ki, sürücü işıqforun tələbinə məhəl qoymadan yolayrıcına daxil olub, daha sonra isə geriyə doğru manevr edərək hərəkətini davam etdirib. Nəticədə, hərəkət üstünlüyünə malik olan digər nəqliyyat vasitəsi üçün qəza şəraiti yaranıb.

Nərmin

Oxunub 986

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
65
avtosfer.az

1Mənbələr