AZ

Ağstafada görünməyən DƏLƏDUZLUQVİDEO

Ağstafada Xəlilovlar ailəsi özlərini həkim kimi təqdim etdikləri şəxs və ya şəxslər tərəfindən aldadıldıqlarını iddia edirlər.

Xezerxeber.az xəbəər verir ki, rayonun Köçəsgər kəndində yaşayan Yaşar Xəlilov bildirir ki, ötən ilin yay aylarında onlara sağlamlıq təklifi haqqında zəng gəlib və nömrələrinin kompaniyaya düşdüyünü deyiblər.

Yaşar da anası və özünün səhhətindəki problemlərə görə razılaşıb və deyilən  rüsumları ödəyib. Beləliklə onlar Ağstafa şəhərində yerləşən Ailə  klinikasında həmin şəxslərin  müayinəsinə cəlb olunublar. Lakin, göstərilən xidmətin onlara heç bir müsbət təsiri olmayıb.

Bundan sonra Yaşar Xəlilova zəng gəlib ki, yenidən kompamiyaya düşmüsünüz. Bu dəfə indiyədək ödənilən məbləğlər geri qaytarılacaq sizə. Lakin buna görə də ayrıca rüsum ödənilməlidir.

Telefonlara cavab verən şəxs votsap vasitəsi ilə vətəndaşa səsli mesajda deyib ki, ən son variantda onların pulunu öz alacağı maaşdan ödəyəcək. Lakin, uzun müddətdir ailə ödənişlərini geri ala bilməyiblər.

Biz də iddiaların nə dərəcədə doğru olduğunu öyrənmək üçün ailənin təqdim etdiyi nömrə ilə əlaqə saxladıq. Lakin, nəticə əldə edə bilmədik. Telefon üzümüzə söndürüldü.Təkrar cəhdlər etsək də zənglər məhdudlaşdırıldı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
83
xezerxeber.az

1Mənbələr