Mövsümün ikinci dövrəsinə hazırlıqlarını Antalyada davam etdirən “Qarabağ” bu gün ikinci yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Polşanın “Zaqlebie” komandası ilə üz-üzə gəlib.
Saat 19:00-da start götürən qarşılaşma “Gloria Sports Arena”da keçirilib və təmsilçimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Qarabağ” bundan əvvəl yoxlama oyunlarında Özbəkistanın “Neftçi” (Fərqanə) klubunu 5:0, Xorvatiya təmsilçisi “Osiyek”i isə 3:1 hesabı ilə məğlub edib.
Dünəni məhv etdin, barı sabahı düşün, AFFA!
"Zirə" Ukrayna klubu ilə bacarmadı
"Qarabağ" "Osiyek"i məğlub edib
"Araz-Naxçıvan" Birinci Liqa klubu ilə yoxlama oyunu keçirəcək
“Zirə” Ukrayna və Çexiya klubları ilə üz-üzə gələcək