AZ

“Qarabağ”ın unutduğu futbolçu... – Antalyada olsa da, ərizədən kənarda qaldı!

Təlim-məşq toplanışının davamı üçün Türkiyəyə yollanan “Qarabağ”ın akademiyasının yetirmələri Əli Bəşirovla Bəhruz Qurbanlını da qardaş ölkəyə apardığından xəbərdarsız.

Maraqlıdı ki, bu siyahıda “köhlən atlar”ın yetirmələrindən olsa da, mövsümün əvvəlindən bəri göstərdiyi performans sayəsində əsas komandanın daimi üzvünə çevrilən Hikmət Cəbrayılzadənin adını görmədik. Futbolçunun adı ağdamlıların dünən “Neftçi”yə qarşı keçirilən yoxlama oyununun (5:0) iştirak ərizəsində də yox idi.

Bunun səbəbini öyrənmək üçün “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıya müraciət etdik. Klub rəsmisi “Football-plus.az”a açıqlamasında Hikmətin də komandayla birgə Antalyada olduğunu bildirdi. Hətta oyunçu Fərqanə təmsilçisinə qarşı matçda da forma geyib. Daha doğrusu, son dəqiqələrdə meydana çıxıb. Lakin texniki səhv üzündən adı iştirak ərizəsində olmayıb.

Xatırladaq ki, Hikmət “köhlən atlar”ın heyətində həm premyer-liqada, həm də Çempionlar Liqasında debüt edib.

KƏNAN BAHADIR

Seçilən
28
football-plus.az

1Mənbələr