AZ

Antarktidada dünyanın ilk buz sığınacağı açıldı

Antarktidadakı dünyada bənzəri olmayan qoruqda qədim buzlar yerləşdirilib.Metbuat.az xəbər verir ki, "Buz xatirəsi qoruğu" adlanan qoruqa, qlobal istiləşmə səbəbindən əriyən dağ buzlaqlarından götürülmüş buzlar yerləşdirilib. Məqsəd onları gələcək nəsillərə çatdırmaqdır. Məlumata görə, Fransadakı Monblan buzlağı və İsveçrədəki Qrand Kombin buzlağından çıxarılan 1,7 tonluq buzlaqlar dəniz və hava səyahətindən sonra bölgəyə çatıb. Qoruq mərkəzi Antarktidadakı Konkordiya stansiyasında, 3200 metr yüksəklikdə yerləşir.

Səthdən təxminən 10 metr aşağıda qazılan və uzunluğu 35 metr olan mağara, heç bir mexaniki soyutma sisteminə ehtiyac olmadan təbii olaraq sabit -52 dərəcə Selsi temperaturu saxlayır.

Seçilən
235
metbuat.az

1Mənbələr