AZ

İşçilərdən bu məlumatları məcburi tələb etmək mümkün olmayacaq

Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərlə bağlı qaydalarda dəyişiklik edilib.

 

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

 

Qanuna əsasən, işçinin əmək və sosial hüquqları ilə bağlı təminatlarının və güzəştlərinin təmin edilməsi məqsədilə əmək münasibətləri ilə əlaqəli digər sənədlər (himayəsində olan ailə üzvlərinin sayı, əlilliyi olan şəxs olması, müharibə veteranı, məcburi köçkün statusu və s. barədə) işçi tərəfindən könüllü olaraq təqdim olunacaq.

Tarix: 16 Yanvar 2026, 22:18   
Seçilən
33
10
pravda.az

10Mənbələr