Bu binaya su fasilələrlə verilir, veriləndə isə binanın blokuna, həyətə axır…
NOCOMMENT.az xəbər verir ki, paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi D massivində yerləşən 12 bloklu binanın sakinləri üzləşdikləri problemlə bağlı “Xəzər Xəbər”ə müraciət ediblər.
Sakinlər deyirlər ki, binaya suyun qrafiklə verilməsini aidiyyəti qurum qənaətlə əlaqələndirir. Halbuki binaya su verilən saatlarda isə küçəyə axır.
Biz ərazidə çəkiliş apardığımız vaxt suyun qrafikə uyğun olaraq kəsilmə vaxtı idi. Lakin buna baxmayaraq, həyətdə axan suyun izləri qalmaqda idi. Sakinlər deyirlər ki, su xətləri əsaslı təmir olunmadığına görə problem hər gün yenidən təkrarlanır. Üstəlik, qazılan yerlər də asfaltlanmır ki, bu da sakinlərə əlavə problem yaradır:
Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, qeyd olunan ünvandakı qəza ilə bağlı sukanal idarəsi məlumatlıdır. Hazırda qəza briqadası əraziyə yönləndirilib, problemin həlli istiqamətində iş gedir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.