AZ

Yataqxanada mənzilləri yanan keçmiş məcburi köçkünlər harada gecələyirlər? – VİDEO

Ötən gün Paytaxtın Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən, keçmiş məcburi köçkünlərin yaşadığı universitet yataqxanasında yanğın olub, 30 yaxın sakini təxliyyə edilib.

NOCOMMENT.az xəbər verir ki, yanğın baş verdiyi mərtəbələrdə otaqlar yararsız hala düşdüyündən kerçmiş məcburi köçkünlər qonşuların evində gecələməli olublar.

Yanğın nəticəsində binanın ll, lll, lV və V mərtəbələrinin eyvanları və otaqlar yanıb.

Elşən Əkbərzadə qeyd edib ki, aidiyyatı qurumlar binaya baxış keçirib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə  Dövlət Komitəsindən “Xəzər Xəbər”ə bildirildi ki, yanğın nəticəsində 13 ailəyə ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Zərərçəkmiş ailələrlə bağlı müvafiq tədbirlər həyata keçirilir. Yararsız hala düşmüş əşyaların siyahısı tərtib edilib və qiymətləndirilməsi məqsədilə Maliyyə Nazirliyinə müvafiq məktub göndərilib. Zərər görmüş yaşayış sahələrinin qısa müddətdə təmirinə başlanılacaq. Hazırda zərərçəkmiş ailələr müvəqqəti olaraq qohum evlərində yerləşiblər. Dövlət Komitəsi həmin ailələrin vəziyyətini diqqətdə saxlayır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
101
1
nocomment.az

2Mənbələr