AZ

Rusiya Kupyansk şəhərini tamamilə nəzarətə götürdü

Rusiyanın müdafiə naziri Andrey Belousov Silahlı Qüvvələrin "Zapad" (Qərb) hərbi qrupunun komandanlıq mərkəzini ziyarət edib. Metbuat.az xəbər verir ki, o, xüsusi hərbi əməliyyatlar zonasında müşahidələr aparıb. Belousova cəbhə xəttindəki fəaliyyətlər barədə məlumat verən "Zapad" hərbi qrupunun komandiri Sergey Kuzovlev, Kupyansk şəhərinin tamamilə Rusiyanın nəzarəti altında olduğunu bildirib. General Sergey Kuzovlev 320 kilometrdən çox olan ümumi cəbhə xəttinin dörd istiqamətində "Zapad" hərbi qrupunun fəal hücum əməliyyatlarını davam etdirdiyini bəyan edib.

Belousov ön cəbhədə hərbi vəzifələrini yerinə yetirərkən göstərdikləri qəhrəmanlıqla fərqlənən əsgərlərə mükafatlar təqdim edib.

Seçilən
29
50
metbuat.az

10Mənbələr