AZ

Keçmiş futbolçu narkotik alverinə görə həbs edildi

Türkiyədə məşhur şəxslərə qarşı başladılan narkotik araşdırması çərçivəsində saxlanılan keçmiş futbolçu Ümit Karan həbs edilib.

KONKRET.az “Unikal”a istinadən xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, aralarında “Qalatasaray”ın keçmiş futbolçusu Ümit Karan, DJ Merve Sanay və fenomen Deniz Berk Cengizin də olduğu 18 şübhəli şəxs yanvarın 15-də saxlanılıb.

Bir gün sonra səhər saatlarında keçirilən əməliyyatda aktrisa Çağla Boz, aktrisa Melis Sabah, Emre Yalçın, Ahmet Şaşmaz və Nazlıcan Taşkın da polis idarəsinə aparılıb.

Polisin prosedurlarından sonra 23 şübhəli şəxs İstanbul Məhkəməsinə göndərilib. Ümit Karan “narkotik və ya stimulyator maddə alveri” ittihamı ilə həbs edilib.

Seçilən
50
1
konkret.az

10Mənbələr