AZ

Rəsmi Bakının təhvil verdiyi Xaçaturyanın xəstəxanadan FOTOSU

Xəbər verdiyimiz kimi, Azərbaycan bu həftə ölkəmizdə cəza çəkən dörd erməniəsilli şəxsi - Vaqif Xaçaturyan, Gevorq Sujyan, David Davtyan və Viqen Euljekjyanı Həkəri çayı üzərindəki körpüdə müvafiq Ermənistan qurumlarının nümayəndələrinə təhvil verib.

Rəsmi Bakı bu addımı Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa, humanizm prinsiplərinə uyğun olaraq atıb.

Publika.az xəbər verir ki, Teleqraf İrəvana təhvil verilən Xaçaturyanın fotosunu əldə edib.

Fotodan aydın olur ki, Xaçaturyan xəstəxanaya yerləşdirilib və o, oksigen aparatına qoşulub.

Seçilən
43
2
publika.az

3Mənbələr