AZ

Ağ Ev Qəzza üzrə "Sülh Şurası"nın tərkibini açıqlayıb

BAKI, 17 yanvar. TELEQRAF

Ağ Ev Qəzza zolağı üzrə formalaşdırılmış "Sülh Şurası"nın tərkibini elan edib.

Teleqraf xəbər verir ki, Ağ Evin yaydığı bəyanatda bildirilir ki, ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə "Sülh Şurası" konsepsiyasının həyata keçirilməsi məqsədilə diplomatiya, inkişaf, infrastruktur və iqtisadi strategiya sahələrində təcrübəyə malik liderlərdən ibarət icraedici şura yaradılıb.

Məlumata görə, "Sülh Şurası"nın tərkibinə ABŞ-nin dövlət katibi Marko Rubio, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, Trampın kürəkəni Cared Kuşner, Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer, amerikalı milyarder Mark Rouen, Dünya Bankının prezidenti Acay Banqa, eləcə də ABŞ-nin milli təhlükəsizlik üzrə müşavirinin müavini Robert Qabriel daxildir.

Xatırladaq ki, bundan əvvəl Tramp Qəzza zolağı üzrə "Sülh Şurası"nın formalaşdırıldığını elan edib. O, həmçinin Fələstinin HƏMAS hərəkatının tam tərksilahı ilə bağlı razılaşmanın əldə olunacağına əminliyini ifadə edib.

Seçilən
96
teleqraf.com

1Mənbələr