Türkiyə ilə Ermənistan arasında uzun illərdir bağlı qalan sərhəd çox yaxında açılacaq
Publika.az xəbər verir ki, artıq tarix də məlum olub.
Belə ki, Ankara sərhəd-keçid məntəqəsinin cari ayın sonuna qədər açılmasını planlaşdırır.
Məlumata görə, bununla əlaqədar olaraq Türkiyənin İğdır vilayətinin Karakoyunlu rayonunda yerləşən Alican sərhəd-keçid məntəqəsində, eləcə də Ermənistanın Armavir vilayətindəki Marqara keçidində iş aparılır.
İğdır valisi Erkan Turan da bu barədə məlumatları təsdiqləyib və hazırlıq prosesinin fasiləsiz davam etdiyini vurğulayıb.