AZ

Stoltenberq Qərb ölkələrini Rusiya ilə dialoqa çağırıb

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

NATO-nun sabiq baş katibi Yens Stoltenberq Qərb ölkələrini Rusiya ilə “qonşu kimi danışmağa” çağırıb.APA xəbər verir ki, o, bu barədə "Der Spiegel" jurnalına müsahibəsində bildirib.

Stoltenberqin sözlərinə görə, Ukraynada döyüş əməliyyatlarının dayandırılması məsələsi Rusiyayla müzakirə olunmalıdır. O qeyd edib ki, ABŞ və digər ölkələr bunu etdikləri kimi, Rusiya ilə də qonşu kimi danışmaq lazımdır.

Sabiq baş katib əlavə edib ki, Rusiya ilə dialoqa qayıdış silahlara nəzarət məsələlərinin müzakirəsi baxımından da zəruridir. Onun sözlərinə görə, hətta Soyuq müharibə dövründə belə nüvə silahlarının məhdudlaşdırılmasına nail olunmuşdu, lakin bu memarlıq artıq mövcud deyil.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
2
apa.az

3Mənbələr