Qeyri-neft gəlirlərinin artırılması və fiskal konsolidasiya tədbirləri nəticəsində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin artmağa davam edəcəyi gözlənilir.
“APA-Economics” xəbər verir ki, bu barədə “Moody's Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren reytinqləri üzrə dövri baxışında bildirib.
Həmçinin, agentliyin qiymətləndirməsinə görə, dövlət borcunun ÜDM-ə nisbəti orta müddətli fiskal çərçivədə nəzərdə tutulan 30%-dən aşağı səviyyədə qalacaq və bu göstərici oxşar reytinqə malik ölkələrin median göstəricisindən xeyli aşağı olacaq. Bu amil hökumətin güclü maliyyə mövqeyini və ARDNF vasitəsilə formalaşan fiskal buferlərin qorunduğunu göstərir.