AZ

Nadir Adilova yeni vəzifə verilib

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib. "Olaylar" xəbər verir ki, bu təyinat "Türk Dünyası Arabulucular Birliği"nin 14 yanvar 2026-cı il tarixli iclasında qəbul edilib. "Olaylar" xəbər verir ki, Nadir Adilov yeni vəzifəsi çərçivəsində Türk dilli dövlətlərlə Azərbaycan üzrə mediatorların fəaliyyətinin əlaqələndirilməsi, peşəkar inkişafın təşviqi, beynəlxalq layihələrin icrası və s. sahələrdə Birliyin regional təşəbbüslərinin həyata keçirilməsi istiqamətində də fəaliyyət göstərəcək.

Sözügedən qərarın mediasiya institutunun inkişafına və Türk dünyasında hüquqi dialoqun möhkəmlənməsinə töhfə verəcəyini qeyd edən Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel bu seçim münasibəti ilə hazırlanmış xüsusi plaketi Nadir Adilova təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
107
2
olaylar.az

3Mənbələr