AZ

Soğan qabıqlarını zibilə atmayın: Faydası çoxdur

Evdə ağcaqanadların çoxalması problem yaratdıqda sadə və təbii üsuldan istifadə etmək mümkündür.

Hakimiyyet.az milli.az-a istinadən xəbər verir ki, soğan qabıqlarını soyub qaynatmaq və həmin su ilə evin pəncərələrini silmək ağcaqanadların evə girməsinin qarşısını alır.

Bundan əlavə, qaynadıqdan sonra qalan su evdəki bitkilərin torpağına tökülsə, torpağın mineralları artır və bitkilərin daha sağlam böyüməsinə kömək edir.Eyni zamanda bitkinin qurdlanmasının da qarşısını alır.

Ekspertlər qeyd edirlər ki, bu üsul həm təbii, həm ekoloji, həm də iqtisadi cəhətdən əlverişlidir.

Seçilən
34
3
hakimiyyet.az

10Mənbələr