“Fiorentina”nın prezidenti Rokko Kommisso 76 yaşında vəfat edib.
Msport.az xəbər verir ki, bu barədə Florentsiya klubunun rəsmi saytı məlumat yayıb.
Kommisso klubu 2019-cu ilin iyununda 150 milyon dollara almışdı.
20 oyundan sonra 14 xalı olan “Fiorentina” A seriyasında 18-ci yeri tutur.