AZ

Erməni iş adamı Samvel Karapetyan barəsində yenidən ev dustaqlığı qərarı verildi

Rusiya vətəndaşı olan erməni iş adamı Samvel Karapetyan barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Aznews.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə onun vəkili Aram Vardevanyan məlumat verib.

Vəkilin sözlərinə görə, 14 saat davam edən məhkəmə iclası başa çatıb və məhkəmə Karapetyan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti rədd edib. Nəticədə, ev dustaqlığı qərarı verilib.

“Bu, siyasi təqibin absurd intensivliyini göstərir. Həbs tələbi rədd edilsə də, ev dustaqlığı tətbiq olundu. Bununla yanaşı, Samvel Karapetyanın ictimai çıxışlarına qoyulan məhdudiyyət aradan qaldırılıb”, – vəkil qeyd edib.

Seçilən
130
10
aznews.az

10Mənbələr