AZ

Qadınlar üçün bir neçə halda maaşın ödənilməsi qaydası dəyişdi

Bakı. Trend:

Qadınlar üçün natamam iş vaxtı müəyyən edilən hallar və həkimmüayinəsi zamanı əmək haqqının saxlanılması qaydalarında dəyişiklikedilib.

Trend-inməlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi ƏməkMəcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.

Daha əvvəl hamilə, 14 yaşına çatmamış uşağı, yaxud əlilliyi olanuşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edənqadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxtamütənasib əmək haqqı ödənilən natamam iş günü və yanatamam iş həftəsi müəyyən etməli idi. Bu halda qadının gündəlik vəya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyənedilir.

Qanunla onlara natamam iş günü və ya natamam işhəftəsində işlənmiş vaxta mütənasib əmək haqqının ödənilməsimüddəası aradan qaldırılıb.

Mövcud qanunvericiliyə görə, Hamilə və 3 yaşınadək uşağı olanqadınların həm özünün, həm də uşağının tibb müəssisələrindədispanser və ambulator müayinələrinin keçirildiyi, həkimməsləhətləri aparıldığı günlərdə orta əmək haqqısaxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürənhökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır.

Seçilən
32
13
az.trend.az

10Mənbələr