AZ

Ramzan Kadırovun qəzaya düşən oğlu təyyarə ilə Moskvaya APARILIB

Yazını böyüt
Yazını kiçilt

Çeçenistan rəhbəri Ramzan Kadırovun dünən qəzaya düşən oğlu Adam Kadırov tibbi təyyarə ilə Moskvaya aparılıb.

Hafta.az xəbər verir ki, bununla bağlı Rusiya teleqram kanallarında məlumat yayılıb.

Məlumata görə, sözügedən təyyarə gecə saatlarında Moskvanın “Vnukovo” aeroportunda yerə enib. Ardınca Ramzan Kadırovun da təyyarəsinin hava limanında eniş etdiyi qeyd olunub.

Xatırladaq ki, 18 yaşlı Adam Kadırovun korteji Qroznıda qəzaya uğrayıb. Hadisə nəticəsində yaralanan Adam ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Seçilən
34
8
hafta.az

9Mənbələr