AZ

Azərbaycan neftinin qiyməti 70 dolları ötdü

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb.

Ölkə.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,25 ABŞ dolları və ya 1,8% artaraq 70,54 ABŞ dollarına bərabər olub. "Azeri Light"ın əvvəlki qiyməti 69,29 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 67,76 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Seçilən
72
14
olke.az

10Mənbələr