Cənubi Koreya alimləri yaraların sürətli sağalması üçün innovativ sprey hazırlayıblar.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçıların sözlərinə görə, bu sprey qanaxmanı cəmi bir saniyə ərzində dayandıra bilir. Sprey yara üzərinə püskürdülən xüsusi toz vasitəsilə işləyir və həmin toz yara ilə təmasda olduqda möhkəm hidrogel qat əmələ gətirir.
Sprey dərin, iri və qeyri-bərabər formalı yaraların sağalmasında da yüksək effektivlik göstərir.
İlkin mərhələdə hərbi məqsədlər üçün hazırlanan bu texnologiyanın gələcəkdə təcili tibbi yardım zamanı geniş şəkildə istifadə olunması planlaşdırılır.
"Cebheinfo.az"