Azərbaycan Basketbol Liqasında XIII tur davam edir.
Fanat.Az xəbər verir ki, dünən start götürən turun ikinci oyun günündə daha üç qarşılaşma baş tutacaq.
Əvvəlcə B qrupunun lideri "Ordu" "Sərhədçi" ilə münasibətlərinə aydınlıq gətirəcək. Ardından "Gəncə" "Neftçi"ni qonaq edəcək. Günə Sumqayıtda yekun vurulacaq. "Gənclik şəhəri" təmsilçisi "Quba"nı sınağa çəkəcək.
Turun açılış oyununda "Naxçıvan" "Lənkəran"ı səfərdə 106:75 hesabı ilə məğlub edib.
ABL
XIII tur
17 yanvar
13:00. Ordu – Sərhədçi
Bakı İdman Sarayı.
14:00. Gəncə - Neftçi
Gəncə İdman Sarayı.
19:00. Sumqayıt - Quba
Sumqayıt. Olimpiya İdman Kompleksi.
Qeyd edək ki, tura yanvarın 18-də yekun vurulacaq:
18 yanvar
15:00. Sabah - Şəki
Bakı İdman Sarayı.
18:00. NTD - Abşeron Lions
Bakı İdman Sarayı.
A qrupu
1. Abşeron Lions 12 11 1 +129 23
2. Sabah 11 10 1 +241 21
3. Neftçi 11 5 6 +61 16
4. Gəncə 11 5 6 -34 16
5. Şəki 12 2 10 -173 14
6. NTD 11 1 10 -224 12
B qrupu
1. Ordu 12 12 0 +234 24
2. Naxçıvan 13 10 3 +79 23
3. Lənkəran 13 4 9 -70 17
4. Sərhədçi 12 4 8 -65 16
5. Quba 12 4 8 -46 16
6. Sumqayıt 12 3 9 -132 15