AZ

Metronun "20 Yanvar" stansiyasının platformasında bir nəfər ölüb



Bu gün saat 11:30 radələrində Bakı metrosunun "20 Yanvar" stansiyasının platformasında bir nəfər kişi cinsli sərnişinin halı pisləşib.

Bu barədə Newscenter.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.

Anar
Seçilən
67
17
newscenter.az

10Mənbələr