AZ

Dağlıq rayonlara qar yağacaq

Bakı.Trend:

Yanvarın 18-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumataəsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabiryağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntınınintensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarlaqarışıq yağacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək.Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 0-3, gündüz 3-6 dərəcə isti olacaq.Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılıolacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağıgözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalıvar. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdəarabir güclənəcək.

Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti,gündüz 1-5 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksəkdağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxtaolacaq.

Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Seçilən
100
49
az.trend.az

10Mənbələr