AZ

41 yaşlı futbolçu Portunun tarixinə düşüb

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

Tyaqo Silva "Portu"nun (Portuqaliya) tarixinə klubun heyətində meydana çıxan ən yaşlı futbolçu kimi düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu, Portuqaliya Kubokunun 1/4 final mərhələsində "Portu"nun doğma meydanda "Benfika"nı qəbul etdiyi oyunda baş verib.

Qarşılaşma "əjdahalar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb və nəticədə "Benfika" turnirdən kənarlaşdırılıb.

Sözügedən matç braziliyalı müdafiəçi üçün "Portu" forması ilə debüt oyunu olub. 41 yaş 3 aylığında meydana çıxan Silva ilk görüşündə etibarlı çıxışı ilə yadda qalıb və komandasının qapısını toxunulmaz saxlamaqda mühüm rol oynayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
4
bakivaxti.az

5Mənbələr