
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi iş adamı Samvel Karapetyanı ev dustaqlığına qaytarmaq qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun vəkili Aram Vardevanyan məlumat verib.
Vəkil bildirib ki, hakim Vahe Dolmazyanın sədrliyi ilə keçirilən korrupsiyaya qarşı mübarizə məhkəməsinin iclası 14 saat davam edib.
Digər məsələlərlə yanaşı, Karapetyana girov ödəmək tapşırılıb. Ona həmçinin Ermənistanı tərk etmək qadağan edilib. Ancaq vəkil girovun məbləğini açıqlamayıb.
Onun sözlərinə görə, dekabrın 30-da iş adamı istintaq təcridxanasından ev dustaqlığına keçirilib. Lakin 16 yanvarda Ermənistanın Apelyasiya Məhkəməsi Karapetyanı istintaq təcridxanasıma qaytarmaq barədə qərar qəbul edib.