AZ

Kante Türkiyəyə bu tarixdə gələcək

BAKI, 17 yanvar. TELEQRAF

Türkiyə Superliqası təmsilçisi “Fənərbağça” Fransa millisinin üzvü Nqolo Kante ilə prinsipial razılıq əldə edib.

Teleqraf xəbər verir ki, məlumat “Fotomaç”a istinadən xəbər verir ki, 34 yaşlı fransız futbolçunun transferi ilə bağlı sənəd işləri bu gün tamamlanacağı halda, sabah Türkiyəyə gələcək.

Kante Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ilə mövsüm sonunda bitəcək müqaviləsini uzatmaqdan imtina edib.“Fənərbağça” 34 yaşlı forvardla 2,5 illik anlaşma əldə edib.

“Sarı-lacivərtlilər” sabah Şükrü Saracoğlu Stadionunda parlaq bir imza mərasimi keçirməyi də planlaşdırır.

Qeyd edək ki, Kante “Əl-İttihad”la 102 oyuna çıxıb, bu qarşılaşmalarda 9 qol və 10 assist reallaşdırıb. Yayda müqaviləsi bitəcək 34 yaşlı futbolçunun hazırkı bazar dəyəri Transfermarkt məlumatına görə 4,5 milyon avrodur.Kante 2026 Dünya Kuboku üçün formada olmaq üçün rəqabətli bir liqada çıxış etmək istəyir.

Seçilən
81
teleqraf.com

1Mənbələr