Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.
Almaniya parlamentində Ukrayna münaqişəsinə son qoymaq üçün Putinlə dialoqa girməyə çağırıblar.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu çağırışı Almaniyanın müxalif "Almaniya üçün Alternativ" partiyasının sədri Tino Xrupalla edib.
“Ukraynadakı vəziyyəti nizamlamaq üçün Almaniya hökuməti Rusiya Prezidenti Vladimir Putinlə birbaşa dialoqa girməlidir. Federal hökumət nəhayət Putinlə danışmalıdır.”
Daha əvvəl Almaniya kansleri Fridrix Merts də Rusiya-Almaniya münasibətlərinin bərpasına ümid etdiyini bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.