Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.
Bu barədə Ölkə.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, yanvarın 16-da ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan bir cinayətin açılması təmin olunub.