AZ

Kanaldan meyiti tapıldı

Tovuz rayonunda kanaldan meyit tapılıb.

"Cebheinfo.az" xəbər verir ki, yanvarın 16-sı saat 22 radələrində Aşağı Öysüzlü kəndində su kanalında kişi meyiti aşkar edilib.

Ölən şəxsin kənd sakini 1976-cı il təvəllüdlü Çingiz Süleyman oğlu Axundov olması müəyyən edilib.

Meyit üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
32
3
cebheinfo.az

4Mənbələr