“Mançester Siti”nin hücumçusu Omar Marmuş qış transfer pəncərəsində komandadan ayrıla bilər.
İdmanxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, misirli forvardla “Qalatasaray”, “Aston Villa” və “Tottenhem” maraqlanır. Marmuş İngiltərədə qalmağa üstünlük verir və yalnız icarə əsasında ayrılmağı nəzərdən keçirir.
Qeyd edək ki, 26 yaşlı futbolçu 2025-ci ilin yanvarında Frankfurt “Ayntraxt”ından “Mançester Siti”yə keçib və cari mövsümdə 15 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.