AZ

"Oğuz-Məişət" ləğv edilir - YIĞINCAQ

01 mart 2026-cı il tarixində, saat 10:00-da "Oğuz-Məişət" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq AZ4800, Oğuz rayonu, Oğuz şəhəri, Əzizbəyov, ev 7 ünvanında yerləşən inzibati binasında keçiriləcək.

 Cəmiyyətin səhmdarların ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:

1."Oğuz-Məişət" ASC-nin ləğv edilməsi;

2. "Oğuz-Məişət" ASC-nin səhmlərinin dövlət qeydiyyatından çıxarılması;

3. Cəmiyyətə ləğv prosesi ilə əlaqədar təsviyəçinin təyin edilməsi;

4. Əmlakın Cəmiyyətin balansindan çıxarılması;

5. Ləğv prosesi ilə əlaqədar digər prosedurların həyata keçirilməsi.

Yığıncaq iştirakçılarının qeydiyyatı saat 09:00-da başlanır.

Yığıncaq saat 10:00-da başlanır.

Qeydiyyat üçün şəxsiyyət vəsiqəniz təqdim olunmalıdır.

Səhmdarların növbəti ümumi yığıncağında şəxsən özünüz və ya notarius tərəfindən təsdiq edilmiş etibarnamə əsasında nümayəndəniz iştirak edə bilər.

Əlaqə telefonu: (+99455) 777-04-76

Seçilən
24
1
fed.az

10Mənbələr