AZ

Ermənistanda İran əleyhinə keçirilən aksiyada 7 nəfər saxlanılıb - Yenilənib 

İran İslam Respublikasının səfirliyi qarşısında keçirilən etiraz aksiyası razılaşdırılmayıb...

APA xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.

Bildirilib ki, diplomatik nümayəndəlik ərazisində ictimai asayiş polis qüvvələri tərəfindən təmin edilib. Nazirlik qeyd edib ki, yürüşün keçirilməsinə icazə verilməyib, bu səbəbdən onun təşkili qadağan olunub.

Məlumata görə, tədbir zamanı polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamağa görə 7 nəfər inzibati qaydada saxlanılıb.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.

***

Ermənistanda İran səfirliyi qarşısında keçirilən etiraz aksiyası zamanı polis iştirakçıların Göy məscid istiqamətində yürüşünə icazə verməyib.

APA xəbər verir ki, bu barədə “Azatutyun” məlumat yayıb.

Aksiya iştirakçıları bildiriblər ki, mitinq və yürüş 15 yanvar tarixli meriya qərarı ilə razılaşdırılıb. Onların sözlərinə görə, yürüşün bir hissəsi dünən İran səfirinin “təhdidləri”ndən sonra ləğv edilib.

Buna etiraz olaraq iştirakçılar oturaq etiraz aksiyasına başlayıblar. Polis aksiyanın dayandırılmasını tələb edib, güc və xüsusi vasitələrdən istifadə edilə biləcəyi barədə xəbərdarlıq edib.

Hadisə yerində vəziyyət gərgin olaraq qalır.

Poliqon.info

Seçilən
49
6
poliqon.info

10Mənbələr