AZ

Kantenin İstanbula gəlişi niyə yubanır?

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

''Fənərbaxça''nın ''Əl-İttihad''ın dünyaca ünlü yarımmüdafiəçisi Nqolo Kante ilə anlaşdığını xəbər vermişdik. ''Fənər'' camiəsi bu transferin rəsmiləşməsini və təcrübəli futbolçunun İstanbula ayaq basmasını gözlədiyi bir məqamda ortaya bir problem çıxıb. Kantenin Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləsi mövsümün sonunda bitəcək. Bu üzdən ''Fənər'' qarşı tərəfə pul ödəmək istəmir. İstanbul nəhəngi kiçik bir simvolik məbləğ ödəmək niyyətindədi. Bu arada ''Əl-İttihad''ın baş məşqçisi Serjio Konseysaonun fransalı futbolçunu buraxmaq istəmədiyi məlum olub. Kantenin xidmətindən mövsümün sonuna qədər yararlanmaq istəyən portuqaliyalı mütəxəssis rəhbərliyin qarşısına ''yalnız ondan yaxşısını alacağınıza söz verirsizsə, o zaman satın'' şərtini qoyub. Bu üzdən ''Əl-İttihad'' rəhbərliyi sürpriz şəkildə ''Fənər''dən 15 milyon avro tələb edib. Bu olaylar keçidi bir qədər qəlizləşdirib. Amma ''Fənər'' rəhbərliyi ümidini itirmir. Çünki Kantenin özü ilə artıq anlaşma əldə olunub. Futbolçu belə desək, çantalarını toplayaraq bu məsələnin həllini və İstanbula yola düşməsini gözləyir. ''Sarı-lacivərdlilər'' dünya çempionuna 2,5 illik müqavilə və ümumilikdə 8 milyon avro maaş təklif ediblər. ''Fənər'' rəsmiləri artıq ikinci dəfə Səudiyyə Ərəbistanına yollanmalı olublar. Yönətici Ərtan Torunoğulları ilə İdman direktoru Devin Özəkin bu dəfə Kante ilə birlikdə Türkiyəyə dönəcəyi istisna edilmir. Qeyd edək ki, 2023-dən ''Əl-İttihad''ın şərəfini qoruyan 34 yaşlı futbolçu indiyə qədər bu klubda 101 rəsmi oyunda aktivinə 9 qol, 10 məhsuldar ötürmə yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
2
icma.az

3Mənbələr