AZ

“Səkkiz” serialı dayandırıldı

Qeyri-etik ifadələrə görə “Səkkiz” serialının yutubda, televiziyada və kinoteatrlarda nümayişi dayandırılıb.Metbuat.az xəbər verir ki, bu barədə Hikmət Rəhimov məlumat yayıb. "Çoxsaylı suallara və zənglərə cavab vermək məcburiyyətində qaldım .Ən əvvəl bütün Azərbaycanlılara həm burada, həm xaricdə yaşayan həmyərlilərə "Səkkiz" seriına göstərdikləri diqqətə və marağa görə təşəkkür edirəm. Dünən dövlət qurumu serial ilə görüşə dəvət edildim. Qurumun adı və orada keçən söhbət haqqında fikir bildirmək düz olmadığına görə, məxfi qalsın. Mənə və gördüyümüz işə çox hörmətlə yanaşdılar, sağ olsunlar.

"SƏKKİZ" serialı yaş həddi +18 dır. Yayım saatı 23:00-da ARB televiziyasında yayımlanıb. 10 yanvar 2026 cı il tarixində yayım zamanı efirə söyüş getdiyi üçün həmən işə məsul şəxs televiziya rəhbərliyi tərəfindən cəzalandırılıb. İndi gələk əsas məsləyə, bir tək buna görə serialı həm "youtube" üzərindən, həm televiziyada yayımını dayandırmağı heç cür anlaya bilmirəm. Ümid edirəm dövlət həm bizə, həm tamaşaçıların istəyinə hörmətlə yanaşıb üzümüzə gələn həftə serialın yayımının bərpa qərarını verər. Şəxsən mən bunu səbirsizliklə gözləyirəm. Hamı maraqla gözləyir, hətta aidiyyəti qurumlar belə serialı maraqla izləyir, bu yaxşı bir şeydir", - deyə o bildirib.

Seçilən
82
4
metbuat.az

5Mənbələr