AZ

Futbolçumuz Avropa klubunda, “Neftçi”yə yeni legioner gəldi

"Şamaxı"nın hücumçusu Nihat Mehralıyev Latviyanın "Qrobina" klubu ilə 1 illik anlaşma imzalanıb. Bu barədə Sportinfo.az yazıb.

Ölkə.Az xəbər verir ki, Avropa təmsilçisi son mövsümü 10 komanda arasında 9-cu pillədə bitirib.

Yalnız pley-off mərhələsində qalib gəlməklə yüksək liqada yerini qoruya bilib.

20 yaşlı Nihat Mehralıyev 2024/25 mövsümü "Qarabağ"ın əvəzedici komandasında 20 qol vurub və liqanın bombardiri olub. O, daha əvvəl isə Ukraynada Odessa "Çernomorets"in, Almaniyada "İsmaninq", "Manxinq" klublarının aşağı yaş qruplarında çıxış edib. Nihat həmçinin U-21 Azərbaycan millisinin üzvüdür.

Bundan əlavə, sayt yazır ki, "Neftçi" baxışa yeni legioner çağırıb. Söhbət hazırda paytaxt təmsilçisinin düşərgəsində olan əcnəbi Mamadu Diavaradan gedir.

Belçika vətəndaşlığına malik oyunçunun cəmi 18 yaşı var. O, cinah yarımmüdafiəçisidir və azad agent statusu daşıyır. Əsas komanda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən təlim-məşq toplanışında olduğundan, Diavara əvəzedici heyətin məşqlərində iştirak edir. O, gələn həftədən Yuri Vernidubun sərəncamına veriləcək.

Ölkə.Az

Seçilən
57
1
olke.az

2Mənbələr