AZ

Tramp Ərdoğana dəvət göndərdi FOTO

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

ABŞ lideri Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qəzza Sülh Şurasında qurucu üzv qismində iştiraka dəvət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran “X”də yazıb.

O qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsində ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinə son qoymaq üçün bəyan etdiyi Kompleks Planın (Comprehensive Plan to End the Gaza Conflict) dəstəklənməsi qərara alınıb.

“Bu çərçivədə Qəzzada təhlükəsizliyin təmin olunması və yenidən qurulmasından məsul olacaq Sülh Şurası və onun orqanları təsis edilir. ABŞ Prezidenti Donald Tramp 2026-cı il yanvarın 16-da Sülh Şurasının qurucu sədri qismində bir məktub göndərərək Prezident Rəcəb Tayyib Ərdoğanı Sülh Şurasında qurucu üzv kimi yer almağa dəvət edib”, – B.Duran yazıb.

Birleşmiş Milletler Güvenlik Konseyi 2803 sayılı kararıyla, ABD Başkanı Donald Trump tarafından açıklanan Gazze İhtilafını Sona Erdirmek için Kapsamlı Planı (Comprehensive Plan to End the Gaza Conflict) desteklemeyi kararlaştırmıştır.

Bu çerçevede, Gazze’de güvenliğin…

— Burhanettin Duran (@burhanduran) January 17, 2026

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
13
globalinfo.az

10Mənbələr