AZ

​İbrahim Tatlısəsdən prokurorluğa şikayət edildi

Türkiyənin əfsanəvi müğənnisi İbrahim Tatlısəsin başı qalmaqallardan açılmır. Oğlu Ahmet Tatlısəs və qızı Dilan Çıtakla münasibətlərini məhkəmədə aydınlaşdıran sənətçi du dəfə keçmiş menecerinin ittihamlarına tuş gəlib. Metbuat az xəbər verir ki, Tatlısəsin meneceri Şulə Yazar muğənnidən prokurorluğa şikayət edib. Yazar Tatlısəsin ona çatmalı olan bəzi qiymətli əşyaları mənimsədiyini iddia edib. Şulə Yazarın müraciətindən sonra İbrahim Tatlısəs İzmir prokurorluğuna çağırılıb. Müstəntiqlər müğənninin ifadəsini alandan sonra o, sərbəst buraxılıb.

Sənətçi ittihamlarla razılaşmayıb. O, keçmiş menecerinin ona böhtan atdığını bildirib. Tatlısəs Şulə Yazarin cəzalandirılması uçün xüsusi ittiham qaydasında prokurorluğa şikayət edib.

Seçilən
23
3
metbuat.az

10Mənbələr