Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. 1news.az xəbər verir ki, yanvarın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 20 tüfəng, 6 patron darağı aşkar edib. Bundan başqa, 475 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb. Tədbirlər davam etdirilir.