AZ

Braziliya millisinin sabiq forvardı D Seriyasında oynayacaq RƏSMİ

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

Braziliya milli komandasının sabiq hücumçusu Duqlas Kostanın yeni klubu bəlli olub.

Fanat.Az xəbər verir ki, "Bayern Münhen" və "Yuventus"un keçmiş ulduzu "Kyevo"ya keçib.

Məlumatı sözügedən klubun mətbuat xidməti yayıb. 35 yaşlı braziliyalı ilə razılaşma 30 iyun 2026-cı ilədək davam edəcək.

Avstraliya "Sidney"i ilə müqaviləsinin müddəti 2025-ci ilin sentyabrında bitən Kosta yeni klubuna azad agent kimi kluba qoşulub.

"Kyevo" İtaliya çempionatının dördüncü divizionunda - D Seriyasında çıxış edir.

Kosta karyerası ərzində üç dəfə A Seriyasının, o cümlədən İtaliya Kuboku və Super Kubokunun, üç dəfə Almaniya Bundesliqasının, Almaniya Kuboku və Super Kubokunun qalibi olub. 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
fanat.az

2Mənbələr