AZ

Fliklə görüşən futbolçu "Barselona"dan ayrılmaq istədiyini dedi - SON DURUM

Hücumameylli yarımmüdafiəçisi Dro Fernandes bu qış "Barselona"dan ayrılacaq. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Spanish Sport" yayıb. 

Mənbənin məlumatına görə, 18 yaşlı futbolçu dünən komandanın baş məşqçisi Hans-Diter Fliklə görüşərək qərarını ona bildirib. Dro kluba 6 milyon avro təzminat ödəyəcək. Yaxın günlərdə futbolçu ailəsi və agentləri ilə görüşüb müxtəlif variantları araşdırmağı planlaşdırır. 

"Barselona" istedadlı futbolçunun qəfil qərarından təəccüblənib. Kataloniyalıların əslində Fernandes ilə müqaviləni uzatmağı planlaşdırdığı, lakin idman direktoru Dekunun razılaşmanı rəsmiləşdirməyə vaxt tapmadığı vurğulanıb. 

Yanvarın 12-də 18 yaşını qeyd edən Dro Fernandes "Barselona"nın əsas komandasında 5 oyun keçirib.

Seçilən
66
1
fanat.az

2Mənbələr