AZ

Rusiya Xarkovda vacib infrastruktura raket zərbəsi vurub

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya qüvvələri Xarkova raket zərbəsi endirib. Şəhərin Sənaye rayonundakı vacib infrastruktur obyektinə zərbə endirilib. İtki var.

Bizimyol.info xəbər verir ki, Xarkov meri İqor Terexov hücum barədə məlumat verib.

"Düşmənin şəhərin Sənaye rayonuna zərbəsi qeydə alınıb. Hazırda nəticələrini qiymətləndiririk", - deyə o, "Telegram"da yazıb.

Xarkov Xüsusi Əməliyyatlar Komandanlığının rəisi Oleq Sinegubov bir xəsar alanın olması barədə məlumat verib. "Yenilənmiş məlumata görə, 62 yaşlı bir kişi yaralanıb. O, xəstəxanaya yerləşdirilib", - deyə o qeyd edib.

Yerli ictimai qruplar şəhərdə ən azı yeddi partlayış səsinin eşidildiyini bildirirlər.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
102
50
bizimyol.info

10Mənbələr