AZ

Azərbaycan qazı üçün yeni səhifə: bu ölkələrə qaz tədarük ediləcək (ŞƏRH)

ain.az, Demokrat.az saytına istinadən bildirir.

"Azərbaycanın Avstriya və Almaniyaya qaz tədarükünə başlaması ölkə üçün mühüm iqtisadi hadisədir. Bu addım Azərbaycanın enerji istehsalçıları və alıcıları coğrafiyasının genişləndiyini göstərir"Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib."Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycanla Avropa Birliyi arasında enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaşlıq mövcuddur və bu istiqamətdə rəsmi sənədlər imzalanıb".O bildirib ki, bu reallıq Avropada Azərbaycanın etibarlı təbii qaz tədarükçüsü kimi qəbul edildiyini göstərir və Avropa ölkələri ilə münasibətlərin daha da dərinləşməsi üçün əlverişli zəmin yaradır:"Vaxtilə Rusiyanın əsas enerji alıcıları sırasında olan Almaniya və Avstriyanın da bu sıraya qoşulması Azərbaycanın Avropa məkanındakı mövqelərinin möhkəmlənməsində əhəmiyyətli rol oynaya bilər".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
demokrat.az

1Mənbələr