AZ

Osimhenə təklifin olmaması Yunayted in əfsanəsini təəccübləndirib

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

''Qalatasaray''ın dünyaca ünlü forvardı Viktor Osimhen tez-tez İngiltərə futbolunda gündəmə gəlir. "Football-plus.az" xəbər verir ki, sabiq ulduzlar onunla bağlı müxtəlif açıqlamalar versələr də, İngiltərə nəhəngləri hələlik konkret addımlar atmırlar. Bu arada ''Mançester Yunayted''in əfsanəsi, son dönəmlərdə həm şərhçi kimi fəaliyyət göstərən, həm də maraqlı layihələri ilə gündəmə gələn Rio Ferdinand nigeriyalı barədə diqqətçəkən acıqlamalar verib. O hələ də Avropa nəhənglərinin Osimhenə ciddi maraq göstərməməsini təəccüblə qarşılayıb:

''Viktor Osimhen qol vurmağı sevir. Meydanda qəlbini qoyur və hər şeyini verir. Açığı, bu transfer dönəmində böyük klubların ona maraq göstərməməsi mənim üçün əsil sürpriz oldu. ''Yunayted'' onu transfer edə bilər. Fikrimcə, ''Yunayted''dən təklif alsa, Osimhen 100 faiz gedər''.

Yayda manikunianların digər əfsanəsi Qari Nevill və ''Çelsi''nin sabiq üzvü Con Obi Mikel də dəfələrlə Osimhenin transferi məsələsini gündəmə gətirmişdilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
1
icma.az

2Mənbələr