Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Çelsi"dən gənc müdafiəçi üçün 50 milyonluq təklif
London klubu Fransa çempionatında çıxış edən istedadlı futbolçunu heyətinə qatmağa cəh edir.
QOL.az xəbər verir ki, "RMC Sport"un məlumatına görə, "Çelsi" "Renn"in mərkəz müdafiəçisi Jeremi Jakeni transfer etmək üçün hərəkətə keçib. Klub 20 yaşlı oyunçu üçün Fransa təmsilçisinə 50 milyon avro ödəməyə hazırdır. Lakin "Renn" rəhbərliyi Jakenin satışından 60 milyon avrodan çox gəlir əldə etmək niyyətindədir.
Məlumata görə, sözügedən təklif hələ rəsmi şəkildə göndərilməyib. "Çelsi" mərkəz müdafiəçisi mövqeyini gücləndirmək üçün digər variantları da nəzərdən keçirsə də, Jake londonluların əsas hədəflərindən biri hesab olunur.
Qeyd edək ki, Jeremi Jake cari mövsümdə bütün turnirlərdə 17 oyunda meydana çıxıb, lakin məhsuldar fəaliyyətlə yadda qalmayıb. Futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.