AZ

Novruz bu ölkədə rəsmi dövlət bayramı oldu

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa tərəfindən imzalanan yeni prezident fərmanı ilə Novruz bayramı Suriyada rəsmi dövlət bayramı elan edilib.

Axşam.az xəbər verir ki, fərmana əsasən, 21 mart tarixində qeyd olunan və baharın gəlişini simvolizə edən Novruz ölkənin bütün bölgələrində ödənişli rəsmi tətil günü olacaq. Bildirilib ki, Novruz ölkədə yaşayan müxtəlif etnik və mədəni icmalar arasında birgəyaşayışın, milli həmrəyliyin və mədəni müxtəlifliyin simvoludur. Qərarın cəmiyyətdə inklüzivliyi gücləndirməyə və mədəni hüquqların tanınmasına xidmət etdiyi fərmanda əks olunub.

Qeyd olunur ki, Novruzun dövlət bayramı statusu alması Suriyada uzun illərdir davam edən müzakirələrdən sonra qəbul edilən və siyasi-mədəni baxımdan mühüm addım kimi qiymətləndirilən qərarlardan biridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
9
axsam.az

10Mənbələr