AZ

AFFA millini "Neftçi"nin sabiq müdafiəçisinə tapşırır - SON DƏQİQƏ

15 yaşadək futbolçulardan ibarət millinin yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Bu barədə AFFA-dan redaksiyamıza məlumat daxil olub.

Bildirilib ki, U-15-in Aleksandr Qrossa tapşırılması nəzərdə tutulub. Onunla bağlanacaq müqavilənin müddəti 1 ildir.

Qross futbolçu karyerası ərzində Bakı "İnter"ində, "Sumqayıt" və "Neftçi"də çıxış edib, Müdafiəçi U-15, U-17, U-19 və U-21 millilərinə dəvət alıb.

Məşqçi kimi isə "Sabah", "Neftçi" klublarının aşağı yaş qruplarında çalışıb. Qrossun son iş yeri U-18 (2008-ci il təvəllüdlülər) millisində olub.

O, İlham Yadullayevin məşqçi korpusunda yer alıb.

"Pro" kateqoriyalı məşqçilik kursuna da qatılan gənc mütəxəssis hazırda da MOİK-də İ.Yadullayevin köməkçisidir.

SPORTİNFO.AZ

Seçilən
117
sportinfo.az

1Mənbələr